DÜNYA ÖZ XƏBƏR

Bələdiyyə binasına silahlı hücumun görüntüləri yayıldı

Ötən həftə Maltepe Bələdiyyəsi binasında baş verən silahlı insidentin təfərrüatları məlum olub.

32gun.az xəbər verir ki, Bələdiyyə sədri Ali Kılıçla görüşü olacağını iddia edən podratçı Fevzi Polat otağa girməyi bacarıb. Daha sonra o əlindəki silahla atəş açıb. 

Qaçmağa çalışan Fevzi Polatla mühafizə polisi arasında 8-ci mərtəbədən başlayan təqib tərəflərin qarşılıqlı atəş açması ilə 5-ci mərtəbəyə qədər davam edib. Fevzi Polat  digər işçilərin müdaxiləsi ilə tutulub.

Onun barəsində cinayət məcəlləsinin "silahla təhdid" və "qəsdən adam öldürmə" maddələri ilə cinayət işi açılıb.

Hadisə anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Aysel Şirinova

 
 
 
 

Oxşar Xəbərlər