Baş ağrısı şikayətilə xəstəxanaya gedən şəxsin alnından 15 sm-lik soxulan çıxıb.
32gun.az xəbər verir ki, həkimləri dəhşətə gətirən hadisə Rusiyada baş verib.
Belə ki, davamlı baş ağrısından əziyyət çəkən şəxs xəstəxanaya getməyə məcbur olub. Həkimlər onun qaş bölgəsində şişkinliyinin olduğunu görüblər. Xəstəyə cərrahi müdaxilədən sonra onun alın nayihəsindən 15 sm uzunluğunda nazik ağ qurd çıxarılıb.
Həkimlər "Ağcaqanad dişləməsindən şübhələnirik. Çünki dirofilariozun daşıyıcıları adətən ağcaqanadlar olur”, - deyə bildiriblər.
Aysel Şirinova
