DÜNYA ÖZ XƏBƏR

Böyrək çatışmazlığından əziyyət çəkən aktyor danışdı

Ötən gün qaraciyər çatışmazlığından əziyyət çəkdiyi barədə sosail şəbəkə hesabında paylaşım edən Ufuk Özkan yerli mətbuata müsahibə verib.

32gun.az xəbər verir ki, aktyor gələn həftə böyrək transplantasiyasının həyata keçiriləcəyini deyib. O, həmçinin

 "Tez ayağa qalxmaq kimi vərdişim var. Nə olursa olsun, həmişə təvəkkül edirəm. Əhəmiyyətli olan yıxılmaq deyil, bir daha ayağa qalxa bilməkdir, bu mövzuda təlim keçmişəm",-  deyə bildirib.

Xəstəliyə qalib gələcəyinə inanan Ufuk sözlərinə belə davam edib: "Telefonlarım dayanmır, çox sevildiyimi gördüm. Nə xoş mənə. Sevənlərim və aşiq olduğum peşəm üçün geri qayıdacağam. Ən önəmlisi də oğlum Erən üçün qayıdacam".

Aysel Şirinova

Oxşar Xəbərlər