DÜNYA ÖZ XƏBƏR

"Onun yerinə it dünyaya gətirməyi seçərdim" - Aktrisadan oğluna

Brigitte Bardot adlı dünyaca məşhur aktrisanın oğulu ilə bağlı hekayəsi gündəm yaradıb.

32gun.az xəbər verir ki, aktrisanın aralarında qadınların da olduğu 100-dən çox sevgilisi olub. Onun üçün faciənin başladığı an isə hamilə olduğunu öyrəndiyi zaman olub. Uşağı tələf etmək istəsə də həmin dövrdə Fransada bu qanunla qadağan idi. Hamiləliyini sonlandırmaq üçün özünə xəsarət yetirməkdən və antibiotiklər qəbul etməkdən çəkinməyən Bardot istəyinə nail ola bilməyib.

Aktrisa sonralar yazdığı kitabında oğlu Nikolasdan bəhs edərək "bir uşaq dünyaya gətirmək yerinə it dünyaya gətirməyi seçərəm",- deyə bildirib. Brigitte Bardot oğluna yalnız 1 dəfə - dünyaya gətirdikdən sonra toxunub. Anasının hisslərini anlayan körpənin isə onu görən kimi ağlamağa başladığı da deyilib.

"Bardot uşağa baxmaq məsuliyyətini daşımaq istəmirəm" deyərək oğlunu həyat yoldaşının qəyyumluğuna verib.

Aktrisanın haqqında söhbət gedən kitabı çıxdıqda isə həyat yoldaşı onu məhkəməyə verərək 250 frank təzminat alıb. Oğlu böyüdükdə Bardot onunla münasibətlərini düzəltməyə cəhd etsə də Nikolas anasını qəbul etməyib.

Əvvəllər müsəlmanlara qarşı irqçi çıxışları ilə tanınan Bardotun hazırda 89 yaşı var və həyatını heyvanlara qulluq etməklə keçirir.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər