DÜNYA ÖZ XƏBƏR

Bu toy viral oldu - Bəyin keçəl olduğunu görən gəlinin ailəsi onu döydü - VİDEO

Hindistanın Bihar əyalətinin Qaya bölgəsində keçirilən toy mərasimi maraqlı anlara şahidlik edib.

32gun.az xarici Kİv-ə istinadən bildirir ki, toy mərasimi zamanı bəyin keçəl olduğu üzə çıxıb. Gəlini və ailəsini aldatmaq üçün parik taxdığı üzə çıxan bəyi toy günü gəlinin ailəsi təpikləyib və döyüb.

Hadisə ilə bağlı məlumatda bildirir ki, ikinci dəfə evlənmək istəyən kişinin keçəl olduğundan şübhələnən gəlinin ailəsi az qala toyu bir-birinə qatıb. 

Toy zamanı bəyə hücum edən gəlinin ailəsi əvvəlcə onun saçını yolub. Gəlinin ailə üzvlərinin bəyə vurbması ilə onun başındakı parik yıxılıb və onun keçəl olduğu üzə çıxıb.

Görüntülərdə bəyin əllərini birlədirərək yalvardığı aydın görünüb. Lakin  gəlinin ailəsi rəhm etmədən bəyi döyməyə davam edib.

Toy ləğv olunarkən görüntülər sosial mediada viral olub. 

Ayxan 

Oxşar Xəbərlər