HADİSƏ

Sabirabadda TIR yoldan çıxaraq kanala aşdı - FOTO

Sabirabadda "Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb

32gun.az apa.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb. Nəticədə sürücü, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1966-cı il təvəllüdlü Abışov Saleh Nadir oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

Oxşar Xəbərlər