Havanın temperaturunun 45 dərəcəyə çatdığı Kuşadasında asfaltın əriməsi ilə vətəndaşların başmaqları asfalta yapışıb.
32gun.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə gündəmi zəbt edib.
Görüntülərdən başmaqlarını asfaltdan çıxarmaq istəyən vətəndaşların çətin anlar yaşadıqları məlum olub.
Başmaqlarından ümidini kəsən bəzi insanlar isə çarəni corabla asfaltda gəzməklə tapıblar.
Həmin görüntüləri təqdim edirik.
Aysel Şirinova