HADİSƏ
Dəhşətli qətl: Kişi arvadını Öldürdü
İsmayıllı rayonunda qətl hadisəsi olub.
32gun.az-ın məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
unikal