Gözəllik salonuna hücum nəticəsində 4 nəfər yaralanıb.
32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Kimliyi məlum olmayan bir şəxs gözəllik salonuna daxil olaraq əlindəki silahla insanlara atəş açıb. Hadisə nəticəsində yaralanan 4 nəfərdən 2-sinin qadın olduğu məlum olub. Yaralılardan 1-nin vəziyyətinin ağır olduğu deyilib.
Faktla bağlı araşdırmalar aparılır.
Aysel Şirinova