Türkiyənin Düzcə mahalında polisin "dayan" xəbərdarlığına tabe olmayan şəxs dəhşət saçıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, avtomobillə təqibdən qaçan sürücü 2-si polis maşını olmaqla 5 avtomobilə çırpılıb. 1-i polis, 3-ü isə yaralanıb. Hadisə, İstanbul Prospekti Melen Su Parkında meydana gəldi.
Məlumata görə, polislər şübhəli bir avtomobili təqib edib.
İzləndiyini anlayan şəxs ara küçələrə girərək qaçmağa başlayıb. Təxminən 10 kilometr qaçan şəxs Melen Su Park yolunda yolda dayanmış 3 nəqliyyat vasitəsini və 1 elektrikli velosipedi vurub. Bu vaxt avtomobili saxlamağa çalışan 2 polis maşını ilə yolun kənarında dayanmağa çalışan Polis məmuru Murat Çakır toqquşub. Şübhəlinin idarə etdiyi avtomobilin qarşısı daha sonra mülki geyimli polislər tərəfindən kəsilib. O, avtomobili tərk edərək yaşıllıq zonasında gözdən itib. Şübhəlinin vurduğu elektrikli velosiped sürücüsü ağır yaralanıb.
Bölgəyə çağırılan səhiyyə əməkdaşları yaralı sürücünü təcili yardımda ürək masajı ilə həyata qaytarıb. Elektrikli velosipeddə sərnişin və "dur" xəbərdarlığı edən polis məmuru Murat Çakır bölgəyə gələn səhiyyə əməkdaşalrı tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başlanarkən, qaçan şəxslər bölgədə axtarılır.
Ayxa