Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın heyyəti ilə Səudiyyə Ərəbistanına gedən Fülya Öztürk ümrə ziyarətini başa vurub.
32gun.az xəbər verir ki, Məkkəyə gedən jurnalist bu barədə sisal şəbəkə hesabında paylaşım edib.
O, hicablı şəkillərini paylaşaraq hisslərini dilə gətirib: "Allah mənə də nəsib etdi..Sübh namazını qılaraq ümrəmi tamamladım. Sübh azanı ilə oranın bambaşqa atmosferi var idi.. Tavaf, say, saç kəsimi hər birini yerinə yetirdim. Allah istəyən hər kəsə nəsib etsin. Şükürlər olsun. Nəsib işidir".
Həmin görüntüləri təqdim edirik.
Aysel Şirinova

