DÜNYA ÖZ XƏBƏR

İranda qum fırtınası: 1047 nəfər...

İranda qum fırtınası səbəbindən Sistan-Bəlucistan əyalətinin Zabul şəhərində aviareyslər təxirə salınıb.

32gun.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, Sistan-Bəlucistan əyalətinin dövlət qurumları və bankları fırtına səbəbindən bu gün 2 saatlıq gecikmə ilə işə başlayacaq. Mahan Hava Yolları da qum fırtınası səbəbindən Zabul şəhərinə uçuşların ləğv edildiyini açıqlayıb.

Qum fırtınasının gələn həftənin ortalarına qədər ştatın şimal hissələrinə təsirini davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, Sistan-Bəlucistan Böhran İdarəetmə Baş direktoru Məcid Mohibbi iyulun 17-də verdiyi açıqlamada bildirib ki, Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində qum fırtınasının verdiyi zərər səbəbindən 12 iyuldan bugünədək 1047 nəfər xəstəxanalara müraciət edib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər