Belçikada şirkətlərin üçdə biri işə qəbul zamanı süni intellektdən istifadə edir.
32gun.az xəbər verir ki, İnsan resursları şirkəti Manpower tərəfindən aparılan araşdırmaya görə, Belçikanın 100 şirkətindən təxminən 30-u yeni kadrları işə götürmək üçün süni intellektdən istifadə edib. Araşdırmalara əsasən bu nisbətin tezliklə yüzdə 50-yə çatacağı deyilib.
Belçikada görüşən 510 işəgötürənin yüzdə 10-u uzun müddətdir süni intellektdən istifadə etdiklərini, yüzdə 21-i isə bu təcrübəyə yeni başladıqlarını bildirib.
Şirkətlərin 18%-i 12 ay ərzində süni intellekt tətbiqlərinə keçəcəklərini deyib. Onlar rezyumelərin yoxlanılmasından ilkin müsahibələrə qədər işə qəbul mərhələlərində süni intellekt robotlarından istifadə etdiklərini qeyd ediblər.
Qeyd edək ki, respondentlərin yüzdə 15-i bu texnologiyanın yaxın 2 ildə kadr sayını azaldacağını desə də, yüzdə 49-u süni intellektin yeni iş yerləri yaradacağını iddia edib.
Aysel Şirinova