Keniyada sudan zəhərlənən 148 nəfər orta məktəb şagirdi xəstəxanaya çatdırlıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə ölkənin Nyamira bölgəsindəki məktəbdə oxuyan 148 şagird mədə ağrısı ilə xəstəxanaya yerləşdirilib.
İçdikləri sudan zəhərləndikləri aşkarlanan şagirdlərin müalicəsi xəstəxanada davam etdirilir.
Aysel Şirinova