DÜNYA ÖZ XƏBƏR

Yanğınsöndürən maşını aşdı - Yaralananlar var

Yanğınsöndürən maşının aşması nəticəsində 5 nəfər yaralanıb.

32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Gələn yanğın xəbərindən sonra yola düşən yanğınsöndürən maşının təkərlərinin partlaması qəzaya səbəb olub. Səkidə tərs çevrildikdən sonra bir müddət sürüklənən nəqliyyat vasitəsi ağaca çırpılaraq dayanıb.

Qəza zamanı sürücü ilə birgə maşında olan 4 yanğınsöndürən xəsarət alıb. Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin normal olduğu bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Aysel Şirinova

Oxşar Xəbərlər