DÜNYA ÖZ XƏBƏR

İş adamını ilanla öldürdülər

5 nəfər bir vəzifəli şəxsi öldürmək üçün plan quraraq kobradan istifadə edib.

32gun.az xəbər verir ki, hadisə Hindistanın Uttarakhand əyalətində baş verib. Polis əməkdaşlarının məlumatına görə 30 yaşlı vəzifəli şəxs avtodayanacaqda şəxsi maşınında ölü halda tapılıb.

Meyitin ekspertizasından sonra ölüm səbəbinin "ilan zəhəri" olduğunu bildirib. Araşdırmalardan sonra vəzifəli şəxsə tələ quranlar içərisində aralarında qadının da olduğu 4 nəfər istintaqa cəlb olunub. İstintaq zamanı hadisəni törətdiklərini etiraf edən cinayətkarlar mərhumun qadının evinə qonaq getdiyi zaman ona əvvəlcə spirtli içki verdiklərini daha sonra  üzərinə kobra ilanını buraxaraq öldürdüklərini etiraf ediblər. 

Aysel Şirinova

 

Oxşar Xəbərlər