Vanda baştutan toy Türkiyə gündəminə düşüb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Gevdan tayfasından olan iş adamı Azat İşığın qardaşı Ozan İşıq Diri tayfasından olan iş adamı Abdulla Kaynarın qızı Gülcan Kaynarla ailə həyatı qurub.

Türkiyədən və xaricdən minlərlə insanın qatıldığı toy son zamanların ən çox izləyicisi olan toy olub, bəylə gəlinin üzərinə taxılan zinət əşyaları isə heyrət doğurub.
110 baş xırdabuynuzlu heyvanın kəsildiyi möhtəşəm toyda tayfa rəhbərləri, rəy liderləri, QHT rəhbərləri, iş adamları və çoxlu qonaqlar iştirak edib
Təxminən 4 saat davam edən toy mərasimin sonunda bəyə 4 milyon TL nağd pul, gəlinə isə kiloqramlarla qızıl verildiyi bildiirlib. 15 nəfər isə stolun üzərinə qoyulan pulları sayıb. Həm bəyə verilən nəğd pullar həm də gəlinin üzərinə taxılan qızılların birlikdə dəyərinin 6 mily TL olduğu bildirilib.

Toyda ölkədən və xaricdən 5 minə yaxın insanın iştirak etdiyini bildirən oyuncaq ağsaqqal Haşim İnan “Toyumuza Şimali İraqdan, İrandan, Almaniyadan gələnlər oldu. Bundan başqa Ankara, İstanbul, Bursa və Mersindən də əhəmiyyətli iş adamları qatılıb. Toyumuzda iştirak edən hər kəsə təşəkkür edir, Ozan və Gülcan cütlüyünə ömür boyu xoşbəxtlik arzulayıram” deyə qeyd edib.
Ayxan