UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Zalgiris"lə qarşılaşan və ilk matçın hazırlıqlarını davam etdirən Qalatasaray transferləri ilə gündəmə gəlib.
32gun.az xəbər veri ki, Qalatasaray Klubunun sponsoru Ərdən Timur, klubun Medicana ilə sağlamlıq sponsorluğu müqaviləsi zamanı açıqlamalar verib.
O, Mauro İcardinin transferindəki son vəziyyətini bəyan edib:
"İcardinin həyat yoldaşının səhhətində problem var., Bir neçə analiz verməlidir. İcardinin gəlişi həyat yoldaşının vəziyyətindən asılıdır".
Digər transferlərdən də söz açan Timur "Daha 3-4 futbolçumuz var ki, onların transferini də yekunlaşdıracağıq. Bu mövsüm oyunçu satışı ilə bağlı Boey və Nelssondan gözlənti var. Hədəfimiz böyükdür, təkcə Çempionlar Liqasının qruplarında qalmaqla kifayətlənmək niyyətində deyilik. Heyətimizi müəyyən qədər dəyişəcəyik, eyni zamanda, onu qorumağı da bacarmalıyıq",- deyə bildirib.
Aysel Şirinova