DÜNYA ÖZ XƏBƏR

18 yaşlı ana qatil tutaraq övladını öldürtmək istədi

3 yaşlı oğlunu öldürtmək üçün qatil tutmuş ana saxlanılıb.

32gun.az xəbər verir ki, hadisə ABŞ-ın Florida əyalətində baş verib. Cinayət törədənləri yaxalamaq üçün yaradılmış “saxta qatil saytı”na müraciət edən 18 yaşlı ana 3 yaşlı oğlunu öldürmək üçün saytın sahibi ilə əlaqə saxlayıb.

Məhkəmə sənədlərinə görə, ana saxta internet saytında 3 yaşlı oğlunun şəkillərini və sözügedən qətl zamanı olacağı ünvanı paylaşaraq, qətlin müəyyən edilmiş müddətdə tamamlanmasını tələb edib.

Sayt sahibinin hadisəni polisə xəbər verməsindən sonra özünü muzdlu qatil kimi göstərərək görüşə başlayan detektivlər ananın 3 yaşlı oğlunun qətlinə görə 3000 dollar ödəməyə razı olduğunu bildiriblər. Detektivlər İP ünvanı vasitəsilə ananın yerini müəyyən etməyə müvəffəq olublar.

Uşağın nənəsi də ananın uşağa zərər vermək niyyətində olduğunu təsdiqləyib.

Qadın Mayami-Dade həbsxanasına göndərilib. 3 yaşlı uşaq isə nəzarətə götürülüb.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər