Almaniyanın paytaxtı Berlinin cənub-qərbində küçələrdə şir görünüb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Berlin polisi Kleynmaxnov bölgəsində meşədə dolaşan şirin görünməsindən sonra hərəkətə keçib.
Kleynmaxnov, Teltov və Stahnsdorf sakinlərinə evdə qalmaları və ev heyvanlarını çölə buraxmamaları barədə xəbərdarlıq edən polis vəhşi heyvanın axtarışına başlayıb.
Polis, aslanın haradan gəldiyinin bilinmədiyini, lakin onun qaldığı zooparkdan və ya obyektdən qaça biləcəyini söyləyib.
Ayxan