HADİSƏ

Qatarla toqquşan “Prius”un yeni görüntüsü - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhər Xəzər rayonu ərazisində Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddən keçən yük qatarı ilə toqquşub. Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.

32gun.az hadisə yerindən çəkilmiş görüntü əldə edib.

Görüntüdə FHN əməkdaşlarının qəzaya düşmüş avtomobildən insanları xilasetmə cəhdləri yer alıb.

Eləcə də avtomobilin tamamılə yarasız hala düşməsi və avtomobildəkilərin sağ qalmasının əsl möcüzə olduğu görülür.

Həmin görüntünü təqdim edirik: 

Xatırladaq ki, toqquşma nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Ayxan

Oxşar Xəbərlər