Kiçik zabit aldığı cəzadan əsəbiləşərək komandirini girov götürüb.
32gun.az xəbər verir ki, hadisə Yunanıstanda baş verib.
Yunanıstan mətbuatında əksini tapan xəbərə görə, ona verilən cəzadan qəzəblənən kiçik zabit komandanlıq binasına daxil olaraq səs bombası atıb. Daha sonra o ətrafa atəş açaraq komandirini bir müddət girov götürdüyünü deyib.
Polisin hadisəyə müdaxiləsi ilə zabit nəzarətə götürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yunanıstanın Baş Qərargah rəisi Konstantinos Florosun da məlumat almaq üçün diviziyaya getdiyi bildirilib.
Aysel Şirinova