DÜNYA ÖZ XƏBƏR

Qaçaqmalçılıq yolu ilə ölkəyə 2 milyonluq gəlinlik keçirilib

Qaçaqmalçılıq yolu ilə 73 ədəd gəlinlik gətirən əcnəbi vətəndaşlar Türkiyə ərazisində gömrükdə saxlanılıb.

32gun.az xəbər verir ki, sözügedən şəxslərin təşviş halında avtobusdan çoxlu sayda qara bağlama endirmələri məsul şəxsləri hərəkət keçməyə sövq edib. Gömrük Mühafizə qruplarının müdaxiləsindən sonra bağlamalardan  maya dəyəri 2 milyon TL olan 73 ədəd gəlinlik üzə çıxarılaraq müsadirə edilib. 

Faktla bağlı Ədirnə Baş Prokurorluğunda araşdırmalar başladılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər