DÜNYA ÖZ XƏBƏR

Məcburi hicab yoxlaması ilə bağlı yeni qərar - İranda

İranda hicabları məcburi yoxlamaq vəzifəsi daşıyan əxlaq polisinə müəyyən məhdudiyyətlər qoyulub.

Bu ölkədə  icbari hicab yoxlamasını həyata keçirməyə məsul olan əxlaq polisi (İrşad Patrulları) hicabsız qadınları yalnız xəbərdar edəcək və onları həbs tuta bilməyəcəklər.

32gun.az İran KİV-nə istinadən bildirir ki,  İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rizazadə ölkədə yenidən qüvvəyə minmiş Əxlaq Polisi (İrşad Patrulları) praktikası ilə bağlı açıqlama verib.

Nazir açıqlamasında “Hicab bağlamayanlara yalnız xəbərdarlıq ediləcək və həbs olmayacaq. Çöldə yerləşdirilən İrşad patrullarına məxsus avtomobillər xəbərdarlıq rolunu oynayacaq” deyə qeyd edib.

AYxan

Oxşar Xəbərlər