Rusiya İstintaq Komitəsi Ukraynada bombardman nəticəsində ölən Rusiya xəbər agentliyinin RİA Novosti müxbiri Rostislav Juravlev və yaralanan 3 jurnalist üçün Ukraynanı məhkəməyə verib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mövzu ilə bağlı verdiyi açıqlamada, Juravlevin ölümündə Ukraynaya kaset bombası verənlərin də məsuliyyət daşıdığını qeyd edərək, "Rus jurnalistə qarşı bu vəhşi qətliamı törədənlər mütləq layiq olduqları cəzanı alacaqlar",- deyə bildirib.
Qeyd edək ki, hadisə Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində baş verib.
Aysel Şirinova