ABŞ-ın Alyaska əyalətində helikopterin qəzaya uğraması ilə həyatını itirən 4 nəfərin cəsədi mütəxəssis qrupların axtarışları nəticəsində göldən çıxarılıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Cəsədlərin tapılması ilə helikopter qəzası ilə bağlı axtarış-xilasetmə işlərinin yekunlaşdığı bildirilib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının Alyaska bölgəsi başçısı Clint Johnson, helikopterin qalıqlarını çıxarmağın yeganə yolunun başqa bir helikopterdən istifadə etmək olduğunu, lakin bölgədə yanğınların davam etdiyi üçün helikopter əldə etməkdə çətinlik çəkdiklərini ifadə edib.
Xatırladaq ki, Alyaskanın Təbii Sərvətlər Departamentinin geologiya və geofizika bölməsinin sahə işçilərini daşıyan helikopter iyulun 20-də qəzaya uğramışdı.
Qəzanın səbəbləri isə Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılmağa davam edir.
Aysel Şirinova