DÜNYA ÖZ XƏBƏR

Ölkələrin ən maraqlı batil inancları

Batil inanclar müxtəlif ölkələrdə dildən-dilə keçərək həmin ölkələrin gündəlik yaşamına təsir edir.

32gun.az ayrı-ayrı ölkələrin ən maraqlı batil inanclarını təqdim edir.

Çininlilərin uğursuz  rəqəmləri 4,14,23 və 24-dür. Bu rəqəmlər hətta binalarda, otaqlarda və liftlərdə istifadə edilmir. Xüsusilə ölkədə 4 rəqəminin tələffüzü ölüm sözünə çox bənzədiyi üçün çinlilərin xoşuna gəlmir.

 İspaniyada yeni il gecəsi axşam saat 12-dən sonra 12 üzüm yemək, ilin uğurlu keçəcəyi deməkdir. 12 üzüm ilin hər ayını təmsil edir.

Hindistanda özünə qulluq günləri xurafatlarla əlaqələndirilir. Cümə axşamı və şənbə günləri saç kəsmək və yumaq uğursuzluqdur. Ona görə də həmin günlərdə baxım aparılmır.

Danimarkada il ərzində qırılan qab qutuya yığılır. Daha sonra ilin sonunda ailələr bir araya gələrək hansı ailədə daha çox qab sındırıldığını görürlər. Ölkədəki bu mövhumata görə, kimin sındırdığı qab daha çox olsa, o ailənin zəngin olacağına inanılır.

Bolqarıstanda subay qadın stolun kənarında oturmur. Ölkədə belə bir mövhumat var ki, süfrənin kənarında oturan subay qadınlar ailə qurmağa kişi tapa bilmir. Digər bir xurafat ondan ibarətdir ki, çirkin övlad sahibi olmamaq üçün tərkibində spirt olmayan stəkanlar heç vaxt toqquşdurulmamalıdır.

Rusiyada bir batil inanca görə, kiməsə çiçək verməzdən əvvəl çiçəklərin sayına diqqət yetirməlisiniz. Verilən çiçəklər tək ədəd olmalıdır. Bunun səbəbi cüt sayda gülllərin yalnız dəfn mərasiminə  aparılmasıdır.

Aysel Şirinova

Oxşar Xəbərlər