İstanbulda polisin həyata keçirdiyi əməliyyatlar nəticəsində 849 kilo 880 qram narkotik vasitə müsadirə edilib, 14 nəfər tutulub.
32gun.azın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə 1 ay ərzində Başakşehir, Şile, Tuzla, Avcılar, Qaziosmanpaşa, Esenyurt, Bahçelievler, Büyükçekmece və Şişlidə keçirilən 10 əməliyyatda 14 şübhəli saxlanılıb.
Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinin verdiyi açıqlamalara əsasən İstanbulda meydana çıxan 2 min 942 qanunsuz işlərdə adları hallanan 3 min 507 nəfərdən 315i də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Aysel Şirinova