DÜNYA ÖZ XƏBƏR

Fransada güclü yanğın olacağı barədə "həyəcan siqanlı" verilib

Fransanın cənubundakı Bouches-du-Rhone bölgəsində qızmar temperaturun çox yüksək yanğın riski yaradacığı əsas gətirilərək həyəcan siqanlı verilib.

32gun.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb. Metereoloqlar bölgədə hava şəraitinin meşə və bitki örtüyü yanğınlarına səbəb ola biləcəyi barədə əhaliyə xəbəardarlıq ediblər.

Digər tərəfdən, Fransanın Korsika adasının dəniz kənarında, gün ərzində temperaturun 40 dərəcəyə çatması ehtimalı ilə bağlı qırmızı təhlükənin alt qatı olan "narıncı həyəcan" elan edilib.

 Bölgədə havanın temperaturu 34 dərəcəyə çatıb.

Meteorologiya İdarəsi həmçinin həssas insanları qızmar istilər qarşısında çox diqqətli olmağa çağırıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər