Somalinin paytaxtı Moqadişoda hərbi təlim bazasına hücum nəticəsində 25 əsgər ölüb.
32gun.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində 60-a yaxın əsgər yaralanıb 25-i isə həyatını itirib. Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.
Aysel Şirinova