İtaliyanın Siciliya adasındakı lüks oteldə keçirilən dəbdəbəli toy mərasimi kondisionerlərin sıradan çıxması ilə kabusa çevrilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, 2100 Avro (63 min TL) dəyərində lüks otaqları ilə məşhur olan "The White Lotus" serialının çəkildiyi oteldə toy mərasimi baş tutub.
Toy zamanı oteldə olan qonaqlar gözlənilməz sürprizlə qarşılaşıblar. Belə ki, oteldəki bütün kondisionerlər sıradan çıxıb. 46 dərəcə isti havada qonaqlar və gəlinlə bəy çətin anlar qarşısında qalıblar. Mətbəxdə işləyən aşpazlarla birgə qonaqlardan bəziləri isə huşunu itirib.
Aysel Şirinova