ABŞ-da məktəbdə silahla 3 nəfəri yaralayan gənc 12 il azadlıqdan məhrum edilib.
32gun.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatındakı liseylərdən birində baş verib.
Belə ki, hadisə zamanı 19 yaşlı yeniyetmə üzərindəki silahla üç dəfə atəş açmaqla 2 şagird və 1 müəllimi yaralayıb.
Simpkins adlı yeniyetmə məkhəmədə çıxışı zamanı yaraladığı şəxsin sinif otağına gələrək onu döydüyünü, bu zaman özünü qorumaq üçün silaha əl atdığını iddia edərək hakimdən 2-ci şans istəyib.
2021-ci ildə baş verən hadisə ilə bağlı hakimin qərarı 12 illik həbs cəzası olub.
Aysel Şirinova