DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə tayfun səbəbilə minlərlə insan təxliyyə edildi

Filippinin şimalına yaxınlaşan Doksuri qasırğası səbəbindən ölkədə minlərlə insan təxliyə edilib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən tayfunun öz marşrutu üzrə yaşayış məntəqələrinə güclü yağışlar yağdıraraq quruda daşqın və sürüşmələrə, okeanda isə 3 metrlik dalğalara səbəb ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib. Təbii fəlakət həyəcanı səbəbilə ölkədə məktəblərin fəaliyyəti 3 günlük dayandırılıb.

Digər tərəfdən, tayfunun şimal-qərbə doğru hərəkət edərək Tayvanın cənubundan Çinə çatacağı gözlənilir.

Aysel Şirinova

Oxşar Xəbərlər