2 milyon 942 min saxta dollar müsadirə edilib, bir nəfər tutulub.
32gun.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Məlumata əsasən polisin saxta dollar hazırlanan mətbəəyə basqını nəticəsində milyonlar dəyərində saxta dollar və əsginaz hazırlanması üçün kimyəvi maddə, üzərində Benjamin Franklin silueti olan 5 ədəd çap nümunəsi və digər köməkçi vastiələr aşkarlanıb. Bir nəfər şübhəli şəxs qismində tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
Aysel Şirinova