Təqaüdə çıxmış polis beyin cərrahına xəstəxanada silahla hücum edib.
32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Polis məmuru 3 gündür qızını əməliyyat edən neyrocərrah həkim Ömər Özkanın qızı ilə bağlı məlumat vermədiyini iddia edərək onu Səhiyyə Nazirliyinə şikayət edib.
Daha sonra xəstəxanada həkimin gəlməsini gözləyən polis ona silah tuşlayıb. Xəstəxanadakı vətəndaşların müdaxiləsi ilə açılan atəş həkimdən yan keçərək tavana dəyib.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları təqaüdçü polisi nəzarətə götürüb.
Aysel Şirinova