DÜNYA ÖZ XƏBƏR

Alimlərdən XƏBƏRDARLIQ: Günəş eynəyi taxmamaq korluğa səbəb ola bilər

Yayda günəş eynəyi taxmamaq gözləri ultrabənövşəyi şüaların təsirinə məruz qoyur. Şüadan təsirlənən gözdə isə "kornea yanmasına" baş verir. Kornea yanmasının müalicəsində gecikmə daimi görmə itkisi yarada bilər.

32gun.az xarici mediaya əsasən xəbər verir ki, mütəxəssislər bu barədə əhaliyə xəbərdarlıq edib:

"Günəş eynəkləri ilk növbədə gözlərimizi ultrabənövşəyi şüalardan qoruyur. Göz ətrafını bağladığı üçün erkən qocalmanın qarşısını alır və xərçəng riskini azaldır. Bundan əlavə, quru gözləri olan xəstələrin quruluğunu azaldır və allergenlərin və tozlu maddələrin gözə çatmasının qarşısını alır. Bu səbəbdən yay və qışdan asılı olmayaraq, böyüklər və uşaqlar üçün bütün il boyu günəş eynəklərindən istifadə etməyi şiddətlə tövsiyə edirik”. 

Türkiyəli mütəxəssis Əminə Əsra Karacanın sözlərinə görə günəş eynəklərindən istifadə etməsək, katarakta və makula degenerasiyasının inkişafı sürətlənə bilər. Bu  da göz ətrafındakı dəriyə təsir edərək xərçəng riskini artırır və erkən qocalmağa səbəb olur. 

Mütəxəssis həmçinin günəş eynəyindən istifadə etməmənin "kornea yanığına səbəb ola biləcəyini də deyib: "Bu zaman gözlərdə uzun müddətli sancma, qızartı, ağrılar yaranır. Yanıqdan vaxtında xəbərdar olmayan şəxslərlərdə korluq yaranma ehtimalı var.  Bu səbəbdən uzun müddət günəş altında olan insanlar mütləq günəş eynəyi taxmalıdırlar. Əgər gün eynəyi kifayət etmirsə, günəş eynəyini mütləq geniş kənarlı papaqla bağlamaq lazımdır”.

Aysel Şirinova

Oxşar Xəbərlər