Kolumbiyanın Pereyra şəhərindəki Ukumari Biopark zooparkından qaçan Panço və Çita adlı iki şimpanzenin Cerritos bölgəsində öldürüldüyü bildirilib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Zooparkın direktoru heyvanların yerlərində olmadıqlarını gördükdə dərhal polisi məlumatlandırıb və ərazidə həyəcan siqnalı verilib. Axtarışları aparılan heyvanlar zooparkdan bir qədər uzaq məsafədə tapılıb və öldürülüb.
Heyvanların öldürməsi əhali tərəfindən qınanılıb. Hadisə ilə bağlı açqılama verən polis əməkdaşları iki şimpanzenin hücumuna məruz qalma riski ilə üzləşən zoopark işçilərini və digər insanları qorumaq üçün şimpanzelərin öldürüldüyünü bildiriblər.
Hadisə səbəbilə zoopark 31 iyuladək bağlı elan olunub.
Aysel Şirinova