DÜNYA ÖZ XƏBƏR

Bu avtobusda futbol və siyasətdən danışmaq qadağandır

Türkiyədə avtobus sürücüsü maraqlı qadağası ilə gündəm yaradıb.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, 3 uşaq atası olan sürücü idarə etdiyi 102 nömrəli avtobusda siyasət və futboldan danışmağa, yüksək səslə söhbət etməyə və arqodan istifadəyə qadağa qoyub. Sürücünün qadağaları yazılı hala salaraq nəqliyyat vasitəsinin girişindən asması isə sərnişinlərin diqqətini cəlb edib.

Yerli KİV-lərə müsahibə verən 53 yaşlı sürücü yazını görən vətəndaşlardan bəzilərinin ona təşəkkür etdiklərini qeyd edərək, "Belə hallarda dava etməyə meylli deyiləm. Birinci dəfə xəbərdarlıq edirəm, ikinci dəfə daha çox səs-küy olsa, çörəyimdən olacağımı bilsəm də həmin adamı avtobusdan endirməliyəm. İnsanlar ictimai nəqliyyatda daha diqqətli olmalıdırlar”,- deyə bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər