DÜNYA ÖZ XƏBƏR

İsveçrədə fırtına: ölən və yaralananlar var -

İsveçrənin La Chaux-de-Fonds bölgəsində güclü fırtına nəticəsində bir nəfər ölüb,  15 nəfər yaralanıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Polis 50 yaşlarında bir şəxsin öldüyünü, ən azı 15 nəfərin müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.

Şiddətli fırtınada ağaclar və elektrik dirəkləri yıxılıb, kilsə və məktəbin damları, 15 ev uçub, onlarla avtomobilə ziyan dəyib.

Təbii fəlakət dünən yerli vaxtla saat 11:00 radələrində İsveçrəyə çatmazdan əvvəl Fransanın şərqinə də təsir edib. Yerli mənbələrdən verilən açıqlamaya görə, Fransanın Dubs bölgəsində ən azı 30 evə ziyan dəyib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər