DÜNYA ÖZ XƏBƏR

Hazırlıqda dərs keçən müəllim infarkt keçirib dünyasını dəyişdi (FOTO)

Türkiyənin Burdur şəhərində dəhşətli hadisə baş verib. 

59 yaşlı Nuray müəllim Burdurda yaşadığı evin bağçasında şagirdinə fərdi alman dili dərsi keçərkən ürək tutmasından dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  müəllim aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı məlumatda bildirilir ki, Nuray Kocaoğlu (59) tələbəsinə alman dili dərsi verərkən qəfildən halı pisləşib. Şagirdlər  Təcili Yardım Mərkəzinə məlumat verib və həkim briqadaları göndərilib. SƏhiyyə əməkdaşlarınln müdaxiləsi zamanı infarkt keçirdiyi müəyyən edilən Kocaoğlu təcili yardımla Burdur Dövlət Xəstəxanasına aparılıb.

Xəstəxanaya aparılan Kocaoğlunu müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Kocaoğlunun cəsədi yarılma üçün meyitxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan

Burdur'da öğrencisine ders verirken kalp krizi geçiren öğretmen hayatını kaybetti

Oxşar Xəbərlər