Spirtli içki qəbul edən sürücülərə qarşı reyd keçirən polis məmurunun sərxoş olduğu müəyyən edilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikada baş verib. Sürücü spirtli içki testi edən polislə mübahisə etdiyi anları mobil telefon kamerası ilə lentə alıb.
O, polis əməkdaşına “Nəfəsinizdən spirtli içki iyi gəlir, düzgün danışa bilmirsiniz”,- deyib, polis əməkdaşı isə sürücüyə “Məndən Daxili İşlər Nazirliyinə şikayət edə bilərsən",- deyə bildirib.
Kadrlardan polis əməkdaşının danışarkən sözləri düzgün tələffüz etməkdə çətinlik çəkdiyi də aydın hiss olunub.
Sürücünün şikayətindən sonra bölgəyə gələn Mexiko Vətəndaş Müdafiə Nazirliyi qrupları apardıqları araşdırma nəticəsində qadın polis məmurunun eyni zamanda sürücünün də sərxoş olduğunu müəyyən ediblər.
İşdən çıxarılan polis əməkdaşı ilə bağlı araşdırmalara başlanılıb.
Aysel Şirinova