Əlcəzairdə bütün meşə yanğınları söndürülüb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən ölkənin şimalındakı şəhərlərdə bütün meşə yanğınlarının söndürüldüyü açıqlanıb.
Qeyd edək ki, iyulun 23-də 11 şəhərdə başlayan meşə yanğınlarında 34 nəfərin həyatını itirdiyi bildirilib.
Aysel Şirinova