DÜNYA ÖZ XƏBƏR

ABŞ-da yeni epidemiya yaranıb

ABŞ-da salmonella epidemiyası diaqnozu ilə 6 nəfər xəstəxanaya yerləşdirilib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri mal ətinin səbəb olduğu Salmonella epidemiyasına görə ABŞ-ın şimal-şərq ştatlarında 16 nəfərin xəstələndiyini, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Hökümət xəstələrin faktiki sayının daha çox ola biləcəyi və başqa əyalətlərdə də müşahidə oluna biləcəyini qeyd edərək, araşdırmaların davam etdirildiyini deyib.

Bildirilib ki, Salmonella xəstəliyinin simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərin və immun sistemi zəif olanların xəstəxanaya müraciət etmələri tövsiyə olunub.

Aysel Şirinova

 

Oxşar Xəbərlər