HADİSƏ
Azərbaycan bəydən toy günü DƏHŞƏTLİ ƏMƏL: Məclis qanla bitdi
Qaxda bəy toy günü həmyerlisini bıçaqlayıb.
32gun.az qafqazinfoya istinadən məlumat verir ki, hadisə Ləkit kəndində yerləşən şadlıq evində qeydə alınıb.
Hadisə mübahisə əsnasında baş verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 25 yaşlı Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.