Mərsin Beynəlxalq Limanında Ekvadordan gələn gəmidə banan yüklü konteynerdə xeyli miqdarda narkotik maddə olan kokain ələ keçirilib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Mərsin Təhlükəsizlik Müdirliyi Narkotiklə Mübarizə Şöbəsi qruplarına narkotiklərin Cənubi Amerika ölkələrindən Mərsin Limanına gətiriləcəyi xəbəri gəlib. Xəbərdarlıq əsasında Baş Prokurorluq tərəfindən axtarış qərarı çıxarılıb və işlərə başlanılıb.
Şübhəli konteyner axtarış anqarına aparılıb. K-9 narkotik detektoru itinin reaksiya verdiyi qabın qabağına gizlədilən 10 bağlamada 11 kiloqram kokain götürülüb.
Bildirilib ki, narkotik vasitələr müsadirə olunarkən, bananın sahibi olan gəmi heyətinə və alıcı şirkətə qarşı polisin araşdırması davam etdirilir, cinayətkarın və ya cinayətkarların müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Aysel Şirinova