Kanadada məscidə hücuma cəhd edən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, məscidə balta və bibər qazı ilə basqın etməyə cəhd edən şəxs barəsində məhkəmənin qərarı təsdiqlənib.
Qeyd edək ki, Kanadanın Mississauqa şəhərində 19 mart 2022-ci ildə Ömər adlı şəxs Dar əl-Tövhid məscidində sübh namazını qılanlara balta ilə hücum etmək istəyib.
Məscid İmamı İbrahim Hindi verdiyi açıqlamada, bibər qazı və balta ilə hücum edənin sübh namazına hazırlaşanlara zərər vermədən qarşısının alındığını bildirib.
Aysel Şirinova