Son 10 ildə dünyada təxminən 82 milyon hektar meşə yanğınlar nəticəsində məhv edilib.
32gun.az “Global Forest Watch” saytının yaydığı məlumatına əsasən xəbər verir ki, ən böyük təbii fəlakət Avstraliya, Rusiya, Kanada və ABŞ-da qeydə alınıb.
Cənubi Avstraliyada 2019-cu ilin sentyabr ayında başlayan və təxminən 6 ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib.
Avstraliyanın Kral Təbii Fəlakət Tənzimləmələri Komissiyasının 2020-ci ildə dərc etdiyi hesabata görə, ölkə tarixinə “Qara yay” kimi keçən bu yanğınlarda 24 milyon hektardan çox ərazi məhv olub, 3 min 500 ev yanıb.
Ölkədə təxminən 6 ay davam edən bu yanğınlar dünyada son 10 ilin ən böyük meşə yanğınları kimi tarixə düşüb.
Rusiyada son 10 ilin ən böyük meşə yanğını 2021-ci ildə yaşanıb. “The Guardian”ın xəbərinə görə, Rusiyada son 10 ilin ən böyük meşə yanğınları 2021-ci ildə 18,16 milyon hektardan çox meşə sahəsini məhv edən yanğınlar olub.
Kanadada 2023-cü ilin may ayında başlayan və bu gün söndürülən meşə yanğınları artıq son 10 ilin ən böyük meşə yanğınları sırasındadır. Ölkədə bu il 10 milyon hektardan çox meşə sahəsi məhv olub, 155 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Yunanıstan, Əlcəzair və İtaliyada meşə yanğınları davam edir.
Aysel Şirinova