DÜNYA ÖZ XƏBƏR

İnsanın mədəsindən 11 batareya çıxarıldı

Çinin Miaoli bölgəsində həkimlər endoskopiya üsulu ilə bir insanın mədəsindən udduğu 11 qələm batareyasını çıxarıblar.

32gun.azın xarici mediaya istinadən verdiyi xəbərə görə 23 yaşlı Li 11 batareyanı udduqdan sonra dostu tərəfindən Mialoi rayonundakı "Da Chien" xəstəxanasına aparılıb. Həkimlər rentgenlə Linin mədəsində aşkar etdikləri batareyaları endoskopiya üsulu ilə təxminən bir saat ərzində çıxarıblar.

Endoskopiya zamanı güclü ağrı hiss etdiyini bildirən Li, bir daha batareyanı udmağa cəsarət etməyəcəyini deyib.

Aysel Şirinova

Oxşar Xəbərlər