DÜNYA ÖZ XƏBƏR

Moldova Rusiyalı diplomatların sayının azaldılmasını tələb edib

Moldava ölkədə rusiyalı səfirlərin sayının azaldılmasını tələb edib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Ölkədəki rus diplomatlarının sayının azaldılması tələbi səfirə çatdırılıb. Mövzu ilə bağlı açıqlama verən Rusiya Xarici İşlər Nazirliyi bu qərarın əsassız adlandırıb.

“Səfirlik əməkdaşlarına qarşı casusluq ittihamı əsassızdır, Moskva buna cavab verəcək”, -  deyə nazirlik bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər