DÜNYA ÖZ XƏBƏR

PKK terror rəhbərləri Belçikada üzə çıxdı

Terror təşkilatı PKK-nın liderləri  Belçikanın paytaxtı Brüsseldə keçirilən nümayişdə üzə çıxıb.

32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, terror təşkilatı PKK-nın lideri Öcalanın lehinə keçirilən nümayişdə Türkiyənin qırmızı siyahıda axtardığı terrorçular Zübeyir Aydar və Adem Uzun iştirak edib. Brüsseldə keçirilən nümayişdə terrorçuların lideri Öcalanın fotoşəkili olan pankartlar açılıb, PKK lehinə şüarlar səsləndirilib.

Bəzi Avropa ölkələrindən qeyri-hökumət təşkilatları və bələdiyyə nümayəndələrinin qatıldığı nümayişdə Öcalana dəstək ifadələri də səsləndirilib.

Qırmızı bülletenlə axtarışda olan PKK terror təşkilatının Avropadakı liderləri Adem Uzun və Zübeyir Aydarın uzun illərdir Belçikada yaşadığı məlum olub.

Qeyd edək ki, Aydar 2009-cu ildə ABŞ, 2011-ci ildə isə Uzun tərəfindən "Xüsusi təyin olunmuş narkotik qaçaqmalçısı" elan edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər